2023-cü il Avropa Qış Çempionatı İstanbulda keçiriləcək

Bugün, Avropa İcraiyyə Komitəsi 2023-cü il Avropa Qış Çempionatının İstanbul, Turkiyədə keçiriləcəyini elan etdi.

Pandemiya ilə əlaqədar olaraq, 160-cı İcraiyyə Komitəsi İclası virtual keçirildi. 

Tədbirin rəsmi müzakirəsindən sonra Avropa Atletikasının müvəqqəti prezidenti Dobromir Karamarinov çıxış edərək deyib: "İstanbul güclü ərizə verib və Komitə İstanbulun 2023-cü il Atletika üzrə Avropa Qış Çempionatına layiq görülməsindən çox məmnundur.

"İstanbulda yerləşən avadanlıqlar Avropada ən yaxşı obyektlərdir ki, bu da idmançılara ən yaxşı nəticələrə nail olmağa kömək edəcək. Əminəm ki, bütün qonaqlar da məşhur türk qonaqpərvərliyindən razı qalacaqlar.”

Ukraynalı idmançı Nataliya Dobrynskanın rekord qoyduğu İstanbulun 2012-ci ildə Dünya Qış Çempionatına ev sahibliyi etməsinə baxmayaraq Avropa atletikasının əsas yarışını keçirtmək Türkiyə üçün ilk təcrübə olacaq. 

2023-cü il Avropa Qış Çempionatı da 2012-ci il Dünya Qış Çempionatı üçün xüsusi inşa edilmiş 7000 tamaşaçı tutumlu Atakoy Arenasında baş tutacaq.