Mükafatlandırma üçün Üzv Federasiya namizədlərin siyahısı açıqlandı

Qlobal pandemya mart ayının sonlarında idman dünyasının böyük bir hissəsini bağladıqda, Dünya Atletikasının üzv federasiyaları  idmanın davam edəcəyini, idmançılara, azarkeşlərə və daha geniş ictimaiyyətə xidmət edəcəyini təmin etmək üçün yeni şəraitə ilk uyğunlaşanlar oldu.

Bu ilham verici səyləri işıqlandırmaq üçün, Dünya Athletikası 2020-ci ildə atletika sahəsində nailiyyəti olan və təhlükəyə baxmayaraq yüksək nəticələr əldə etmiş Üzv Federasiya mükafatı elan etdi. 

“"Biz hamımız pandemiya dövründə idmanın qarşılaşdığı çətinlikləri bilirik, lakin üzv federasiyalarımızın bir çoxu bu vəzifəni mükəmməl şəkildə yerinə yetirdilər və idmanımızın bu sınaq dövründə çiçəklənməsini davam etdirməsini təmin etmək üçün etdikləri müstəsna işlərin bəzilərini qeyd etmək istərdik’’ deyə Dünya Atletikasının prezidenti Sebastian Ko vurğuladı. “Üzv federasiyalarımız tərəfindən göstərilən öhdəlik və yaradıcılıq dünyanın ən qlobal idman növünün nə üçün olduğunu dəqiq şəkildə göstərir və mən onların səylərini alqışlayıram.”

2020-ci il Dünya Atletikası Mükafatçıları Dekabr ayının 5-i virtual olaraq Dünya Atletikasının YouTube, Facebook və Twitter vasitəsi ilə canlı yayımlanacaq.