ZANGO 3 TƏKANLA TULLANMA NÖVÜNDƏ QIŞ DÜNYA REKORDUNU YENİLƏDİ

 Dünya çempionatının bürünc mükafatçısı Hyuz Fabris Zanqo 2021-ci ildə ilk yüksək nəticə nümayiş edərək, 3 təkanla tullanma növündə 18,07 m nəticə ilə dünya rekordunu yenilədi

Burkina Fasonun 27 yaşlı idmançısı məşqçi Teddi Tamqonun 2011-ci ildə müəyyən etdiyi əvvəlki rekorduna 15 santimetr əlavə etdi və 18 metrdən də çox qapalı məkanda belə nəticə göstərən ilk atlet oldu.

O, ilk cəhdlərində 17,33 m-dən çox yüksələ bilmədi lakin növbəti mərhələdə 17,61 m, sonra isə 17,70 m-ə yüksəldi-həyatının ən uğurlu nəticəsini göstərməyinə az qalmışdı.

Və nəhayət əziyyətinin bəhrəsi, ən sonda 6-cı cəhdində 18.07 m nəticə ilə adını tarixə yazdı

Burkina Fasonu təmsil edən Zango, dünya rekordunu qıran ilk idmançısı oldu.