Feliksin Fayetvildə keçirilmiş Gümüş Dünya Qış Turuna möhtəşəm qayıdışı

Allison Feliks 200m sprint qaçışı növündə möhtəşəm qalibiyyət nümayış etdirdi. 

11 qat dünya titullu və 6 dəfə Olimpiya qızıl medalını qazanmış, hazırda 35 yaşlı idmançı 22.59 nəticə göstərərək Fayetvil\ ABŞ-da keçirilmiş  Gümüş Dünya Qış Turunda karyerasının ən parlaq vaxtlarında olduğu kimi indi də qalib olaraq ayrıldı. 

Bununla da Feliks öz əvvəlki şəxsi rekordunu (23.14) qıraraq ABŞ qış yarışları nəticələri siyasında 18-ci yerə yüksəlir.

“Uzun müddətdən sonra yenidən qaçmaq əla hiss idi,” deyə, bu ilki ABŞ Olimpiya Sınaq yarışlarını hədəfə alan Felixks qeyd etdi

“200m məsafəyə qaçış növü mənim ən sevdiyim yarışdır. Bu səbəbdən biraz əylənmək istədim. Lakin biz hələ də çox çalışmalıyıq, məqsədlər daha böyükdür”