Yapiçinonun U20 yaş qrupunda uzunluğa tullanma növü üzrə dünya rekordu təsdiqləndi

l

Larissa Yapiçinonun 20 Fevral Ankonada keçirilmiş, İtaliya U20 Qış Çempionatındakı uzunluğa tullanma növü üzrə 6.91m dünya rekordu təsdiqləndi.

Beşinci cəhdində bu nəticəyə çatan 18 yaşlı idmançı 1 fevral 1983-cü ildə Berlində Hayke Drevxslerin təsdiq etdiyi rekorddan üç santimetrlik çox oldu. 

Yapiçino bu nəticə ilə qış mövsümdə dünya siyahılarında üçüncü yerə yüksəlib. 

"İrreal bir yuxu, onu təsvir etmək üçün söz tapa bilmirəm. İlk düşündüyüm şey anam kimi tullana bildiyim oldu. Daha sonra dərk etdim ki, 6.91m U20 yaş qrupunda dünya rekordu olmaqla, həmçinin olimpiya üçün normativdir.", - deyə Yapicino İtaliyanın Atletika Federasiyasına bildirib.