Ating Munun U20 yaş qrupundakı 800m məsafəyə qaçış nəticəsi rekord olaraq təsdiqləndi

 27 Fevral Feyetvill, Arkanzasda U20 yaş qrupu arasında keçirilmiş SEC Qış Çempionatında 800 m məsafəyə qaçış üzrə dünya rekordu qoymuş Ating Munun 1:58.40 nəticəsi təsdiqləndi.

 18 yaşlı idmançı 200 m-də 28,65 və 400 m-də 57,96 nəticə ilə keçən Randal Tyson Trek Mərkəzinin dörd dairəsində maraqlı solo qaçış nümayiş etdirmişdi. Daha sonra 600m məsafəyə qaçışda 27.60 nəticə əldə etdi. Nəhayət finalda qələbəni əldən verməyən idmançı 1:58.40 nəticəsi ilə evə qeri döndü. 

“O, Texas A&M tarixində bəlkə də ən yaxşı idmanç və ıbirinci kurs tələbəsidir.” deyə Munun məşqçisi Pat Henry qeyd etdi. “Birinci kurs tələbəsinin qısa zamanda onun qazandığı nəaliyyətləri qazandığını hələ görməmişdim.”