Ə.Səfərov memorialı uğurla keçirildi

26-27 May 2021-ci ildə, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunmuş memorial uğurla keçirildi.

Yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutdu. 

Uzun fasilədən sonra həm idmançı, həm hakim və təşkilati heyət üçün müvəffəqiyyətli yarış təşkili üçün imkan oldu. 

Yarışda 70-ə yaxın idmançı güclərini sınadı, eyni zamanda könüllü hakimlər cəlb edildi. 

Bəziləri üçün ilk təcrübə olduğu üçün, məmnuniyyətlə şərhləri aldıq, növbəti görüş və tədbirlərimizdə yararlanacayıq.