Azərbaycan Çempionatı yeni rekordlar ilə yadda qaldı!

03-04 İyun 2021-ci il, 29-cu Azərbaycan Çempionatı uğurla təşkil olundu. 

Yarış Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda baş tutdu. 

Bu yarış status və yaş qrupuna görə idmançılar içün nəticələrini yaxşılaşdırmaq üçün şərait yaratdı. 

Sevinc və qürur hissi ilə elan edirik ki, yığma komanda idmançılarımızdan: 

Sariyeva Yekaterina - qadınlar arasında stadionda 3 təkanla tullanma növündə 13.88m nəticə ilə yeni Azərbaycan rekordu

Valiyeva Lamiya - qadınlar arasında stadionda 200m məsafəyə qaçış növündə 24.54 nəticə ilə yeni Azərbaycan rekorduna imza atdı 

Bu yarış, idmançı, gənc hakim, media və könüllüləri bir araya gətirdi. 

Azərbaycan Atletika Federasiyası adından qalib və mükafatçıları təbrik edir, yeni uğurlar diləyirik