Hanna Skidan böyüklər arasında Balkan Çempionatında ölkə bayrağımızı ucaltdı!

Yığma komandamız böyüklər arasında Balkan Çempionatında iştirak etdi

Sizləri yarışın ikinci gününün nəticələriilə tanış edirik:

  • Çəkic atma növü üzrə Hanna Skidan 71.18m nəticə ilə 1-ci yer
  • 200m məsafəyə qaçışda Vəliyeva Lamiyə İU 24.14 nəticə ilə 10-cu
  • Uzunluğa tullanma növü üzrə Yelena Pextireva 5.82m nəticə ilə 12-ci
  • 3 təkanla tullanma növü üzrə Rüstəm Məmmədov 15.69m nəticə ilə 6-cı

Çəkic atma növündə çıxış edən idmançımız 71.18 m nəticə ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazandı

Hanna Skidana Tokio-2020 Yay Olimpiya Oyunlarında uğurlar arzulayırıq.