2022-ci ilin fevralında Bathurstda keçirilməsi planlaşdırılan Kross Qaçışı üzrə Dünya Çempionatı təxirə salındı.

Dünya Atletikası və Bathurst 2022 Kross Qaçışı Təşkilat komitəsinin birgə razılıqlarına əsasən, 19 fevral 2022-ci ildə Avstraliyanın Bathurst şəhərində keçirilməsi planlaşdırılan Kross qaçışı üzrə Dünya Çempionatı təxirə salındı.

Yuxarıda adı çəkilən yarış,  2023-cü ilin 18 fevral tarixində eyni şəhərdə keçiriləcək.

Təxirəsalınmanın əsas səbəbi biotəhlükəsizlik tədbirləri və hal-hazırda COVİD-19 virusunun yayılmasının qarşısını almaq üçün tətbiq edilən səyahət qadağalarıdır. Avstraliya sərhədləri hələ də beynəlxalq ziyarətçilər üçün qapalıdır.