Milli komandamız “28-ci Balkan Qış Çempionatı”nda

Milli komandamızın idmançı, məşqçi və köməkçi heyəti 10 fevral 2024-cü il tarixində Tükiyənin İstanbul şəhərində keçirilmiş “28-ci Balkan Qış Çempionatı”nda iştirak etdilər.
Qeyd edək ki, 21 ölkədən 108 qadın, 131 kişi atlet olmaqla ümumilikdə 239 nəfər idmançının yarışdığı bu çempionat Paris 2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakterlidir.

İdmançılarımızın iştirak etdikləri növlər üzrə nəticələri aşağıda qeyd edilmişdir:

Yekaterina Sarıyeva - üç təkanla tullanma: zədə səbəbilə mübarizəni yarımçıq dayandırdı
Rüstəm Məmmədov - üç təkanla tullanma: 10-cu yer / 15.28
Kəsgin Abbaszadə - uzunluğa tullanma: 13-cü yer / 7.07
Lamiyə Vəliyeva-400 m məsafəyə qaçış: 8-ci yer / 56.14 (U23 və böyüklər arasında yeni Azərbaycan Rekordu*)
Əlhəm Nağıyev - 60 m məsafəyə qaçış: 16-cı yer / 7.01

*Rekord təsdiq gözləyir.

Yarışı aşağıda qeyd edilən linkdən izləyə bilərsiniz:

https://youtube.com/@TurkiyeAtletizmFederasyonu?si=8yMtKNAaskG37RS8

Yarışın nəticələrinə aşağıda qeyd edilən linkdən nəzər sala bilərsiniz:

https://bys.taf.org.tr/CanliSonuc