Xankəndi Ultra Marafonu

29 fevral-04 mart 2024-cü il tarixində  "İdman həftəsi" çərçivəsində “Qürurla irəli” şüarı ilə Azərbaycanda ilk dəfə təşkil edilmiş Xankəndi - Bakı ultramarafonu keçirilib. Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası və Azərbaycan Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilmiş yarışıda 5 gün əörzində  380 km məsafəni əhatə edən ultramarafonun iştirakçıları Xankəndi-Yevlax (83 km), Yevlax-Ucar (84 km), Ucar-Hacıqabul (88 km), Hacıqabul-Qobustan (70 km) və Qobustan-Bakı (55 km) mərhələlərini keçdilər. Tarixi ultramarafona Azərbaycan, Türkiyə, Moldova, Meksikadan ümumilikdə 63 iştirakçı qatıldı, finişə isə 17 nəfər iştirakçı çatdı. Yarışın ümumi qalibləri - kişilər arasında Artyom Əliyev (Azərbaycan), Murat Kaya (Türkiyə) və Seymur Şahbazov (Azərbaycan) ilk üçlükdə qərarlaşıblar. Qadınlar arasında isə Svetlana Şepeleva (Moldova) və Leyla Abdinova (Azərbaycan) müvafiq olaraq birinci və ikinci yerlərə layiq görülüblər. Ultra marafonun ümumi qalibləri - birinci yer 8000 manat, ikinci yer 5000 manat, üçüncü yer isə 3000 manat, 380 km məsafəni tamamlamış 12 nəfər iştirakçı isə 500 manat məbləğində pul ilə  mükafatlandırılıblar. 
Mərhələlər üzrə qaliblər aşağıda qeyd edilmişdir:
Xankəndi-Yevlax (83 km)
Kişilər arasında:
1. Elmir Əskərov
2. Ağa Əliyev
3. Elman Abışov
Qadınlar arasında:
1. Svetlana Şepeleva (Moldova)
2.Leyla Abdinova
3. Nataliya Vallek 
Yevlax-Ucar (84 km)
Kişilər arasında:
1. Ağa Əliyev
2. Elmir Əskərov
3.  Artyom Əliyev
Qadınlar arasında:
1. Svetlana Şepeleva (Moldova)
2. Leyla Abdinova
3. Nataliya Vallek 
Ucar-Hacıqabul (88 km)
1. Artyom Əliyev
2. Murat Kaya
3. Seymur Şahbazov 
Qadınlar arasında:
1. Svetlana Şepeleva (Moldova)
2. Leyla Abdinova (Azərbaycan)
Hacıqabul-Qobustan (70 km)
Kişilər arasında:
1. Artyom Əliyev (Azərbaycan) 
2. Yadigar Hüseynov (Azərbaycan) 
3. Murat Kaya (Türkiyə)
Qadınlar arasında:
1. Svetlana Şepeleva (Moldova)
2. Leyla Abdinova (Azərbaycan) 
Qobustan-Bakı (55 km)
1. Artyom Əliyev (Azərbaycan)
2.Yadigar Hüseynov (Azərbaycan)
3. Seymur Şahbazov (Azərbaycan)
Qadınlar arasında:
1. Svetlana Şepeleva (Moldova)
2. Leyla Abdinova (Azərbaycan)